Optimed Klinikası

Tibb Mərkəzi

Optimed klinikası, tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir.

Tibb Xidmətlərimiz
Optimed Klinikası Tibb Mərkəzi

Diaqnostika

Aparıcı Firma Avadanlıqları ilə

Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssislərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir.

Müayinələr
Optimed Klinikası

Laboratoriya

Biokimyəvi və laborator müayinələr

Klinikamızın laboratoriyası zəruri tədqiqatları tez və dəqiq həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunmuşdur.

Analizlər
Optimed Klinikası Tibb Mərkəzi

Müayinələr Müayinələr

Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssilərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir. Optimed klinikasında diaqnostikanın bir sıra sahələri əhatə olunmuşur.

USM

USM

USM ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür.

Rentgen

Rentgen

Rentgen - Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları adlandırılmışdır.

Endoskopiya

Endoskopiya

Endoskopiya mədə-bağırsaq traktının effektiv və qoruyucu diaqnostika üsuludur.

Həkimlər Klinikamızın Həkimləri

Optimed klinikası, tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Optimedin bir tibb mərkəzi kimi Sizlərin sevgi və sayğınızı qazanmağında professional həkimlərimizin rolu böyükdür. Klinikada ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssisləri uğurlu çalışmaları ilə özlərini doğrultmağı bacarmışlar. Bütün həkimlərimiz >>

Əliyeva Minarə

Əliyeva Minarə

Radiologiya üzrə Mütəxəssis, Həkim-Rentgenoloq

Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakultəsini bitirdikdən sonra Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda iş təcrübəsindən keçmişdir. A.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutu, Rentgen-Spesializasiya Kursu (1987), Bakı İdarəetmə və Politologiya İnstitutu Beynəlxalq Biznes Məktəbi, Menecment (1993), A.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutu, Rentgen-Təkmilləşmə Kursunu (2007) bitirmişdir. Xaricdə tibb təhsili: Salzburg-Cornell University Medical Seminar in Diagnostic Imaging, Salzburg (Austria, 1997), American-Austrian Foundation, Salzburg General Hospital, Internship in Diagnostic Imaging/KT/ (1998), American-Austrian Foundation, Salzburg General Hospital (Avstriya), Internship in Diagnostic Imaging/MRT/ (1999), European Radiology Association, Medical Seminar in Diagnostic Imaging, University of Graz (Avstriya, 2001), Canadian Society for International Health, Medical Seminar Evidence-Based Medicine (2005)
Kategorialar: 27 Noyabr 1990 289-K N-li əmr: 2-ci kategoriya
26 May 1994 - 292-K N-li əmr: 1-ci kategoriya
Radiologiya üzrə mütəxəssis (X-ray, KT, MRT), həkim-rentgenoloq Əliyeva Minarə Hüseyn qızı bir sıra tibb jurnallarında yayımlanan məqalələrin müəllifi, attestasiyalar, konfranslar və seminarların iştirakçisıdır. Dövlət klinikalarından Şəhər Onkoloji Dispanser, Mikrobiologiya İnstitutu, Toksikologiya Mərkəzi, Uşaq Nevroloji Dispanser, 16 saylı Poliklinikada və Nəbz, Yaşam, City Hospital, MediSina, Miamed, Intenational Medical Centre 1 özəl klinikalarında iş təcrübəsi var. 2014-cü ilin fevral ayından Optimed Tibb Mərkəzində çalışır.

Qədirova Pərvin

Qədirova Pərvin

Ultrasəs Mütəxəssisi (USM Həkimi)

USM həkimi Qədirova Pərvin 1972-ci ildə Gəncə şəhərində anadan olub. 1979-1989-cu illərdə 39 saylı orta məktəbi bitirib. 1989-1990-ci illərdə Gəncə şəhərində 2 saylı Uşaq xəstəxanasında Kiçik Tibb işçisi vəzifəsində çalışıb. 1990-1991-ci illərdə Ağdam rayonunun Mərkəzləşmiş xəstəxanasında Kiçik Tibb işçisi vəzifəsində çalışıb. 1991-1992-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin hazırlıq şöbəsini, 1992-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işlər fakultəsini bitirib. 1998-1999-cu illərdə Bakı şəhəri 1 saylı kliniki xəstəxanada həkim-interna kimi fəaliyyət göstərib. 1999-2007-ci illərdə Bakı şəhəri Nəsimi rayonu 20 saylı poliklinikada həkim-infeksionist vəzifəsində çalışıb. 2007-2008-ci illərdə Ağdam rayonu Mərkəzləşmiş xəstəxanasının poliklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışıb. 2008-2009-ci illərdə Ağdam rayonu Mərkəzləşmiş xəstəxananın poliklinika şöbəsində USM həkimi vəzifəsində çalışıb. 03.03.2014-28.03.2014-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Şüa Diaqnostika üzrə ixtisasartırma kursu keçmişdir. 16.07.2014-cü ildə Sertifikasiya üzrə test imtahanlarını keçmişdir.

Zeynalova Ofelya

Zeynalova Ofelya

Terapevt

1956-cı ildə Zəngilan rayonu, Zəngilan kəndində anadan olub. 1973-cü ildə Zəngilan kənd orta məktəbini bitirib. 1974-1980-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1980-1981-ci ildə 5 saylı kliniki xəstəxanada internaturanı bitirib. 1982-2012-ci illərdə fasiləsiz olaraq 8 saylı şəhər poliklinikasında Həkim Terapevt kimi çalışıb. 2012-2014-ci illərdə Medi-Style klinikasında işləyib. 07.04.2015-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəznində həkimlərin sertifikasıyası imtahanından keçərək AH 016489 nömrəli sertifikasiya şəhadətnaməsi almışdır. 2014-cü ildən Optimed klinikasında çalışır.

  • Əliyeva Minarə

    Əliyeva Minarə

    Radiologiya üzrə Mütəxəssis, Həkim-Rentgenoloq

  • Zeynalova Ofelya

    Zeynalova Ofelya

    Terapevt

  • Qədirova Pərin

    Qədirova Pərvin

    Ultrasəs Mütəxəssisi (USM Həkimi)

Analizlər Analizlər

Optimed klinikasının laboratoriyasında Biokimyəvi analizlər, Kliniki analizlər, Hormonlar, Polimeraz Zəncirvari Reaksiya üsulu ilə aparılan analizlər, Onkomarkerlər, İnfeksiyalar və Koaquloqramma (hemostaz testləri) analizləri aparılır.

Laboratoriya Analizləri Foto Qalereya

  • Laboratoriya avadanlıqları
  • Laboratoriyanın həkimləri
  • Laborator analizlər
  • Laboratoriya müşahidəsi
  • Laboratoriya araşdırmaları
  • Laboratoriyanın komputerləri
  • Laboratoriya texnikası

Ünvanımız Bizimlə Əlaqə

Arzu, istək və təkliflərinizi bizə yazmağı unutmayın.

Xəritə yüklənir...

Salamlar!

Zəhmət olmasa, adınızı yazın.
Lütfən, düzgün email yazın.
Mesajınızı bura yazın.

Bakı şəhəri, Hacı Məmmədov küçəsi, 12 (N.Nərimanov metrosunun yanı) AZ1033

reception@optimedklinikasi.az

Tel.: (+994 12) 566-79-49; Fax: (+994 12) 514-07-00

Mob.: (+994 50) 210-11-94

Sosial şəbəkə Optimedi sosial şəbəkələrdən də izləyin